“NATO Hörmüzə gəmilər göndərir: İrana qarşı irimiqyaslı hərbi əməliyyatlar başlaya bilər” – politoloq
Ekskluziv
220
19:27, Bu gün

“NATO Hörmüzə gəmilər göndərir: İrana qarşı irimiqyaslı hərbi əməliyyatlar başlaya bilər” – politoloq

Yaxın Şərqdə baş verən son proseslər regionda yeni və daha təhlükəli mərhələnin formalaşdığına dair narahatlıqları artırır. Xüsusilə dünya enerji bazarı və beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan strateji dəniz marşrutları ətrafında yaranan gərginlik qlobal güclərin diqqətini bu bölgəyə yönəldib. Analitiklər hesab edirlər ki, bölgədə qarşıdurma ehtimalının artması yalnız regional təhlükəsizlik üçün deyil, həm də beynəlxalq iqtisadi sabitlik baxımından ciddi risklər yaradır.

Böyük dövlətlərin hərbi aktivliyinin artması, qarşılıqlı sərt mesajların verilməsi və strateji nöqtələr ətrafında müşahidə olunan gərginlik vəziyyətin daha da mürəkkəbləşə biləcəyini göstərir. 

Maraqlıdır, ABŞ Prezidenti Donald Trampın “Truth Social” hesabında səsləndirdiyi bəyanata görə, Tehran Vaşinqtonun şərtlərini qəbul edəcəyi halda “Epik Qəzəb” əməliyyatının dayandırılması və Hörmüz boğazının açılması mümkün ola bilər. Bu ultimatum xarakterli mesaj regionda gərginliyin gələcək dinamikasına necə təsir göstərə bilər və belə bir yanaşma beynəlxalq hüquq və diplomatik praktikalar baxımından necə qiymətləndirilir?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Qabil Hüseynli açıqlama verib. 

Politoloq bildirib ki, Hörmüz boğazının İran tərəfindən mühasirə altına alınması beynəlxalq hüquq normalarına ziddir:

"Hörmüz boğazındakı sular beynəlxalq sulardır və beynəlxalq gəmiçilik üçün həmişə açıq olmalıdır. Hazırda İranın bu məsələdə gəmilərin

buraxılması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq etməsi tamamilə hüquq normalarına ziddir və buna görə də beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə qınanacaqdır.

Hətta NATO dövlətləri də artıq Hörmüz boğazına gəmilər göndərir və bu da gec tez İrana qarşı irimiqyaslı hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər