Tayvanın Taybey şəhərində ölümlə nəticələnən hantavirus yoluxması qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Bildirilir ki, hazırda Taybeydə yalnız bir yoluxma halı qeydə alınıb. Şəhərdə genişmiqyaslı sanitar işləri aparılır.
Qeyd edək ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanı üzərindən Argentinadan Kabo-Verdeyə reys həyata keçirən Niderlandın "MV Hondius" kruiz gəmisində hantavirusun yayılması barədə məlumat vermişdi. Bugünədək doqquz yoluxma halı təsdiqlənib, onlardan üçü həyatını itirib.
Hantaviruslar insanlarda böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma və hantavirus kardiopulmonar sindromu yarada bilən viruslar qrupudur. İnfeksiyanın əsas daşıyıcıları gəmiricilərdir.
İnsanlar virus hissəciklərinin olduğu tüpürcək və heyvan ifrazatlarının havaya qarışmış xırda hissəciklərini tənəffüs etdikdə yoluxurlar. Risk xüsusilə qapalı və zəif havalandırılan məkanlarda yüksək olur.