Bizi sosial şəbəkələrdən izləyin:
Amerika astrofiziki müsəlmanların Ramazandaxa0 orucu düzgünxa0 tutmadıqlarını bildirib və orucluğunxa0 doğru hesab etdiyi gündəlik cədvəlini ortaya qoyub.xa0xa0
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir.xa0 Nil Deqrasse Taysonun sözlərinə görə, dünyadakı milyonlarla müsəlman Ramazanda iftarı vaxtındanxa0 əvvəl açır, yəni yemək-içməyə tez başlayırlar.xa0
"Quranda açıq-aşkar bildirilir ki, Ramazan ayında oruc tutmaq günəşin batması ilə deyil, qaranlığın düşməsi ilə bitir. Qaranlıq isə toranlığın sonuna uyğun gəlir"- astrofizik belə deyib.xa0
Tayson hesab edir ki, ekvatora yaxın ölkələrdəkixa0 müsəlmanlar vaxtından 15 dəqiqə əvvəl, Avropa və Yaxın Şərq sakinləri - təxminən yarım saat, şimal enliklərində yaşayanlar isə 45 dəqiqə əvvəl yeməyə başlayırlar.xa0
Astrofizik yalnız Qurani-Kərimin Bəqərə surəsindəxa0 xa0iftarın vaxtı barədə deyilənlərixa0 xa0doğru sayır. Bəzi müsəlman təriqətlərininxa0 iftar vaxtını məğqib- şam namazı zamanı ilə eyniləşdirməsini isəxa0 qəbul etmir.xa0
Sosial şəbəkələrin istifadəçiləri astrofizikin şərhlərinə hiddətlə cavab verib və onu öz arqumentlərini İslam şəriətinə qatmamağa çağırıblar.
P.S. Yəqin ki, tanınmış İslam din xadimləri amerikalı alimin b iddiasına doğru cavabxa0 verəcəklər.
Sultan Laçın