Böyük üçlük: Oçoa, Messi və Ronaldo altıncı dəfə Dünya çempionatına gedirlər - Bu, REKORDDUR
148
12:32, Bu gün

Böyük üçlük: Oçoa, Messi və Ronaldo altıncı dəfə Dünya çempionatına gedirlər - Bu, REKORDDUR

Meksika millisinin qapıçısı Qilyermo Oçoa rəsmi olaraq qarşıdan gələn Dünya çempionatı üçün heyətə daxil edilib.

Bu, 40 yaşlı qapıçının altıncı turniridir. Dünya çempionatında mübarizə aparacaq Lionel Messi və Kriştiano Ronaldo üçün də turnir altıncı olacaq.

İndiyə qədər futbol tarixində heç kim altı Dünya çempionatında oynaya bilməyib. Əvvəllər Oçoa, Messi və Ronaldo bu rekordu (beş turnir) Antonio Karbahal, Rafa Markes, Andres Quardado, Lotar Matteus və Canluici Buffonla bölüşürdülər. İndi isə bu əfsanə üçlük gözümüzün qabağında əbədi rekorda imza atır.

Bu Dünya çempionatı Oçoanın son rəqsi olacaq: turnirdən dərhal sonra qapıçı rəsmi olaraq karyerasını başa vuracaq. /Lent.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər