Almaniyada Azərbycanın Müstəqillik Günü qeyd olunub - FOTO
191
14:06, Bu gün

Almaniyada Azərbycanın Müstəqillik Günü qeyd olunub - FOTO

28 May Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində rəsmi qəbul təşkil olunub.
 
Bu barədə Moderator.az-a səfirlikdən məlumat verilib.
 
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev deyib ki, müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin tarixi təzahürü olduğunu vurğulayıb.
 
Səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, özünəinamlı və beynəlxalq aləmdə hörmət edilən bir dövlətə çevrildiyini, etibarlı enerji tərəfdaşı, regional əməkdaşlığın təşəbbüskarı və sabitlik lövbəri kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.
 
Çıxışında qlobal qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşlıqların əhəmiyyətinin artdığını vurğulayan səfir Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib.
 
Səfir həmçinin Azərbaycanın sülh gündəliyinə toxunaraq, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin yürütüyü məqsədəyönlü siyasət və nəticədə son dövrdə əldə olunan müsbət irəliləyişlər barədə qonaqları məlumatlandırıb.
 
Almaniya Xarici İşlər Nazirliyinin Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq çıxışında xarici işlər naziri Yohan Vadefulun 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
 
Azərbaycanın Almaniya üçün mühüm tərəfdaş olduğunu deyən K.İsranq iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə söykəndiyini, iqtisadi, mədəni və siyasi əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
 
Diplomat Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyinə diqqət çəkərək, regionda sabitlik və əməkdaşlıq istiqamətində atılan addımların önəmini qeyd edib.
 
Həmçinin Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyi və bunu Cənubi Qafqazda davamlı sülh üçün mühüm imkan kimi qiymətləndirdiyi diqqətə çatdırılıb.
 
Bildirilib ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, jurnalistlər, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər