Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO+ÖZƏL
120
10:00, Bu gün

Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO+ÖZƏL

“Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünən Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başladı. Çox sevinirəm və şadam ki, festivalın açılışında mən də səhnə aldım. “Sevgili canan” əsərini səsləndirdim və böyük maraqlan qarşılandı. Əslində atam, xalq artisti Zaur Rzayevlə festivalda iştirak edib, səhnədə duetimizi ifa edəcəkdik. Təəssüflər olsun ki, atam səhhətinə görə gələ bilmədi. Planlaşdırılan çıxış baş tutmadı. Əlbəttə ki, atamın sağlamlığı mənim üçün hər şeydən vacibdir. Dünən gecə ilə Bakıya yola düşməli oldum. Bilirsiniz ki, atam xəstəlikdən əziyyət çəkir və mən onun yanında olmalıyam. Buna görə heç bir xarici ölkələrdə səfərə də gedə bilmirəm. Ümid edirəm və inanıram ki, atamın səhhəti yaxşılaşacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azər Zadə (Rzayev) deyib.
O daha sonra əlavə edib:
 
“Çıxışım təkcə açılışda idi. Festivalla bağlı təəssüratlarım böyükdür. Şuşa səhnəsində çıxış etmək qürurverici bir hissdir. Sözün əsl mənasında mədəni hadisədir. Şuşada dolu yağdı, əvvəl-əvvəl qorxduq. Dolu yağmağı əslində Şuşanın təbiəti üçün gözlənilən hadisədir. Sadəcə biz öyrəşməmişik və bir az qəribə qarşıladıq. Şükürlər olsun ki, heç kim xəsarət almadı, heç kimə heç nə olmadı. Əsas odur ki, festival günü hava bizi məyus etmədi. Bilirsiniz ki, bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir. Bir çox türkdilli və xarici ölkələrdən də musiqiçilər iştirak edirdilər. Bir gün də olsa Şuşadakı festivalda iştirak etdim. Özümə də maraqlıdır ki, digər günlərdə hansı konsertlər olacaq?! Əlbəttə ki, ən böyük arzum yenidən Şuşa səhnəsində atamla birlikdə ifa etməkdir. Bunun üçün atam özünə baxmalıdır və sağlam olmalıdır”, - deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, Z.Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin ürəyində problem var idi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər