İnsanların bürclərə maraq göstərməsi yeni hal deyil. Amma son illərdə xüsusilə sosial şəbəkələrin təsiri ilə astrologiyaya maraq xeyli artıb.
Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər. İqtisadi çətinliklər, münasibətlərdə problemlər, işsizlik, psixoloji gərginlik kimi faktorlar insanlarda gələcəyi öncədən bilmə istəyini gücləndirir. Bürclər isə bir çoxları üçün emosional rahatlıq və ümid mənbəyinə çevrilir. Digər mühüm səbəb sosial medianın təsiridir. “TikTok”, “Instagram” və digər platformalarda gündəlik bürc proqnozları milyonlarla baxış toplayır. Xüsusilə qısa videolar, emosional başlıqlar və “bu bürclər üçün böyük dəyişiklik gəlir” kimi paylaşımlar insanlarda marağı artırır. Alqoritmlər də bu mövzunu daha çox qarşıya çıxardığı üçün astrologiya trendə çevrilir.
Psixoloqlar hesab edir ki, insanlar çox zaman öz xarakterləri ilə bağlı müsbət təsvirləri qəbul etməyə meylli olurlar. Bürclərlə bağlı verilən ümumi və geniş izahlar insanların özünü həmin xüsusiyyətlərdə görməsinə səbəb olur. Bu da astrologiyaya inamı gücləndirir.
Bəzi insanlar üçün bürclər əyləncə və maraq mövzusu olsa da, digərləri həyat qərarlarını belə astroloji proqnozlara əsasən verməyə başlayır. Son illər münasibətlərdən tutmuş iş seçiminə qədər bir çox məsələdə “bürc uyğunluğu” anlayışının populyarlaşması da bunun göstəricisidir.
Mütəxəssislər isə xəbərdarlıq edir ki, astrologiyaya həddindən artıq bağlanmaq insanın rasional qərarvermə qabiliyyətinə təsir göstərə bilər. Buna baxmayaraq, görünən odur ki, xüsusilə gənclər arasında bürclərə maraq yaxın dövrdə də azalmayacaq. Bürclərin insan həyatına “təsiri”:
İslamın baxışı
Son illərdə bürclər və astrologiya sosial şəbəkələrin ən populyar mövzularından birinə çevrilib. Artıq insanlar günə hava proqnozu ilə yanaşı “ulduz falı” oxumaqla başlayırlar. Kimisi evliliyini, kimisi işini, kimisi də xarakterini doğulduğu aya görə izah edir. Bəs İslam bu məsələyə necə baxır?
Əvvəlcə bir həqiqəti ayırmaq lazımdır. İslam astronomiyanı inkar etmir. Qurani-Kərimdə göydəki bürclərdən bəhs edilir və kainat Allahın qüdrət nişanəsi kimi təqdim olunur. Orta əsr müsəlman alimləri də astronomiya elminin inkişafına böyük töhfələr veriblər. Problem göy cisimlərini öyrənməkdə deyil, insan taleyini onlarla bağlamaqdadır.
Astrologiya iddia edir ki, insanın xarakteri və gələcəyi ulduzların hərəkəti ilə müəyyən olunur. Halbuki Qurani-Kərim açıq şəkildə bildirir: “Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz...” (“Nəml”, 65)
İslam düşüncəsinə görə insanın ruzisi, taleyi və aqibəti ulduzlarla yox, Allahın iradəsi və insanın əməli ilə bağlıdır. Əgər insanın gələcəyi doğulduğu günlə müəyyən olsaydı, onda iradə, tərbiyə və mənəvi inkişaf anlayışının mənası qalmazdı.
Bu gün xüsusilə gənclərin bürclərə meyl etməsinin əsas səbəblərindən biri mənəvi boşluq və gələcək qorxusudur. İnsan qeyri-müəyyənlikdən yorulanda özünə “gizli cavablar” axtarır. Astrologiya isə ona müvəqqəti psixoloji təsəlli verir. Lakin bu təsəlli zamanla insanı təvəkküldən, duadan və ilahi düşüncədən uzaqlaşdıra bilər. Qəti şəkildə qeyd etmək lazımdır ki, göy üzündəki ulduzlar insanın yolunu işıqlandıra bilər, amma onun taleyini yaza bilməz. İnsanın taleyini yazan yalnız Uca Allahdır.

İlahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Son illərdə bürclər və astrologiya sosial şəbəkələrdə o qədər populyar olub ki, artıq insanlar günə hava proqnozu ilə yanaşı “ulduz falı” oxumaqla başlayırlar. Kimisi evliliyini, kimisi işini, kimisi də xarakterini doğulduğu aya görə izah edir. Əvvəlcə bir həqiqəti ayırmaq lazımdır. İslam astronomiyanı inkar etmir. Qurani-Kərimdə göydəki bürclərdən bəhs edilir və kainat Allahın qüdrət nişanəsi kimi təqdim olunur. Orta əsr müsəlman alimləri də astronomiya elminin inkişafına böyük töhfələr veriblər. Problem göy cisimlərini öyrənməkdə deyil, insan taleyini onlarla bağlamaqdadır.
Astrologiya isə iddia edir ki, insanın xarakteri və gələcəyi ulduzların hərəkəti ilə müəyyən olunur. Halbuki Qurani-Kərim açıq şəkildə bildirir: “Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz...” (“Nəml”, 65)”
İlahiyyatçı əlavə edib ki, İslam düşüncəsinə görə insanın ruzisi, taleyi və aqibəti ulduzlarla yox, Allahın iradəsi və insanın əməli ilə bağlıdır. Əgər insanın gələcəyi doğulduğu günlə müəyyən olsaydı, onda iradə, tərbiyə və mənəvi inkişaf anlayışının mənası qalmazdı. Bu gün xüsusilə gənclərin bürclərə meyl etməsinin əsas səbəblərindən biri mənəvi boşluq və gələcək qorxusudur. İnsan qeyri-müəyyənlikdən yorulanda özünə “gizli cavablar” axtarır. Astrologiya isə ona müvəqqəti psixoloji təsəlli verir. Lakin bu təsəlli zamanla insanı təvəkküldən, duadan və ilahi düşüncədən uzaqlaşdıra bilər. Qəti şəkildə qeyd etmək lazımdır ki, göy üzündəki ulduzlar insanın yolunu işıqlandıra bilər, amma onun taleyini yaza bilməz. İnsanın taleyini yazan yalnız Uca Allahdır”.