“Atamı Səxavət Məmmədovun yanında, iki şəhidin arasında dəfn etdik”-6 il sonra Abdal Gülablıya köçürülən şəhid məzarından FOTO+ÖZƏL
Ekskluziv
303
14:57, Bu gün

“Atamı Səxavət Məmmədovun yanında, iki şəhidin arasında dəfn etdik”-6 il sonra Abdal Gülablıya köçürülən şəhid məzarından FOTO+ÖZƏL

“Atam hər zaman bizə vəsiyyət edirdi ki, məni öz doğma torpağım Abdal Gülablıda dəfn edərsiz. O bu sözü həmişə deyirdi, o vaxt heç müharibə yox idi. Müharibə vaxtı bizə də, qardaşına da, dostlarına da bu vəsiyyəti dönə-dönə tapşırmışdı. Hiss edirdi ki, şəhid olacaq. Atam şəhid olanda hələ bizim kənd alınmamışdı. Şəhid olduğu gündən 1 ay sonra Abdal Gülablı işğaldan azad olundu. Qəbirstanlıq da atamgilin dədə-baba evlərinin yaxınlığında idi. Nənəm başda olmaqla əmimin və ailə üzvlərimizin razılığı əsasında atamın məzarını Ağdamın Quzanlı Şəhidlər Xiyabanından Abdal Gülablıya köçürdük”

Bunu Moderator.az-a açıqlamasında şəhid Müşfiq Abbasovun oğlu Şamil Abbasov deyib. O daha sonra əlavə edib:


“Neçə illərdir aidiyyatı qurumlara müraciət edirdik. Bu proses bir az uzun çəkdi. Müsbət cavab gələndən sonra atamın məzarını doğma torpağına köçürdük. Atamı mərhum xanəndə Səxavət Məmmədovun yanında, 1992-ci ildə şəhid olan Murtuza və Bəhrəmin məzarlarının arasında dəfn etdik. Atam onların komandirləri olub. 3 şəhidin üstü birlikdə götürüləcək. Atamın məzarını ora köçürəndən sonra çox rahatlıq tapdıq. Bu bizim ailəmizin öhdəliyində olan ən ağır yük və borc idi. Bu yük çiynimizdən götürüldü. Bundan sonra inanmıram ki, bizim ailədə kimsə bu ağırlıqda bir yük daşıyar. Bütün ailə olaraq rahatlıq tapdıq və bu bizə böyük təsəlli oldu. Atamın vəsiyyəti həyata keçirilməli idi və keçirildi” deyə şəhidin oğlu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər