Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin "Mossad" (İsrail kəşfiyyat agentliyi) kəşfiyyat qurumunun agenti Sultan Əli Şirzadi Fəxr İranda asılaraq edam cəzasına məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fars informasiya agentliyi rəsmi açıqlama yayıb.
Agentliyin nəşr etdiyi məqalədə bildirilir: "Şir-Əlinin oğlu Sultan Əli Şirzadi Fəxr, hüquqi prosedurlar tamamlandıqdan və verilən hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra terror qruplaşmasına üzvlük və sionist rejimin kəşfiyyat strukturu ilə əməkdaşlıq ittihamı əsasında asılaraq edam olunub".
Həmin şəxs eyni zamanda İrana qarşı yönəldilmiş terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.
Qeyd edilib ki, Əli Şirzadi 2012-ci ilin mart ayında İraq silahlı qüvvələrinin Əşrəf düşərgəsinə basqın etdiyi dövrdə adıçəkilən məhkum müqavimət göstərənlər arasında olub. O, ordunun düşərgə ərazisinə daxil olmasına mane olmağa cəhd edənlər sırasında yer alıb.