Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan Araqatsotn bölgəsində vətəndaşlarla görüşündə sülhün bərqərar olması və müxalifətin səsləndirdiyi yalan tezislərdən danışıb.
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
"Onlar yeni bir şey icad ediblər: deyirlər ki, Paşinyan Ermənistana 300.000 Azərbaycanlı gətirəcək. O bir cümləlik cümləni internetə yerləşdiriblər və həmin 15 saniyəlik videoya 85 min dollar xərcləyiblər."
Baş nazir bildirib ki, "Saxta xəbərlərin yayılmasına 85 min dollar xərclənib. Hələ milyonlarla dollar xərclədiklərini demirəm. Hüquq-mühafizə orqanlarının əldə etdiyi məlumat doğrudur, amma onlar çoxlu pul xərcləyirlər".
S.Laçın