ABŞ kəşfiyyatının Pentaqonu narahat edən hesabatı: İran münaqişəsi əsas rəqib üçün bu şansı yaradıb
Dünya
164
10:00, Bu gün

ABŞ kəşfiyyatının Pentaqonu narahat edən hesabatı: İran münaqişəsi əsas rəqib üçün bu şansı yaradıb

Çin İran münaqişəsindən Vaşinqton üzərində hərbi, iqtisadi və diplomatik üstünlüyünü artırmaq üçün istifadə edir.
 
The Washington Post qəzetin xəbər verir ki, ABŞ hərbi kəşfiyyatı bu qənaətə gəlib.
 
Qəzetin məxfi kəşfiyyat hesabatı ilə tanış mənbələrə istinadən yazdığına görə, ABŞ prezidenti Donald Trampın Pekinə səfərindən əvvəl kəşfiyyat agentliyi tərəfindən Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin ofisində hazırlanan sənəd Vaşinqtonun Tehranla qarşıdurmada ödədiyi geosiyasi bədəl baxımından "Pentaqonda narahatlıq yaradıb".
 
Qəzet yazır ki, sənəddə ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri Çinin "Fars körfəzindəki ABŞ müttəfiqlərinə silah satdığı" və Hörmüz boğazının bağlanmasından sonra "dünyadakı enerji ehtiyaclarını ödəməkdə çətinlik çəkən ölkələrə yardım göstərdiyi" qənaətinə gəlinir.
 
WP-nin məlumatına görə, hesabatda qeyd olunur ki, müharibə həmçinin "Tayvan üzərində Çinlə potensial qarşıdurma halında" çox vacib olacaq böyük Amerika silah ehtiyatlarını da tükəndirib. Sənəddə həmçinin qeyd olunur ki, Yaxın Şərqdəki Amerika hərbi texnikasına və obyektlərinə ciddi ziyan vuran İrana qarşı münaqişə Pekinə ABŞ-ın necə müharibə apardığını müşahidə etməyə və gələcəkdə öz əməliyyatlarını planlaşdırmaq üçün dərslər çıxarmağa imkan verib. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər