Qurban bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR - VİDEO
155
09:50, Bu gün

Qurban bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR - VİDEO

Qurban bayramına sayılı günlər qalıb. Heyvandarlıqla məşğul olanlar və satıcılar, hər il olduğu kimi bu il də xırdabuynuzlu heyvanlara tələbatın olduğunu bildirirlər. 
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda qurbanlıq quzuların satışı ilə məşğul olanlar minimal qiymətin 20 manat olduğunu, lakin heyvanın çəkisinə nisbətən qiymətin də dəyişdiyini vurğuladılar.
 
 Bölgələrdə də qiymətlərin dəyişməz olaraq qaldığı bildirilir. Bərdə rayonunda satıcılar isə qurbanlıq xırdabuynuzluların qiymətinin 15 manatdan başladığını dedilər.
 
 Qərb rayonlarından olan Tovuzda isə bildirildi ki, heyvan satışına tələbat azalıb. Amma, ümumilikdə Qurban bayramı ilə əlaqədar qiymətlərdə 20, 30 manat artım müşahidə olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər