Elçin Əmirbəyov Kambocada bir sıra yüksək səviyyəli görüşlər keçirdi - FOTO
150
09:45, Bu gün

Elçin Əmirbəyov Kambocada bir sıra yüksək səviyyəli görüşlər keçirdi - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin ali rəhbərliyi ilə silsilə görüşlər keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Kambocadakı səfirliyi məlumat yayıb.
 
Bildirilib ki, səfər zamanı Elçin Əmirbəyov dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary, ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə görüşlər keçirilib.
 
Görüşlər zamanı Azərbaycan və Kamboca arasında ticarət, energetika, kənd təsərrüfatı və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər həmçinin təhsil, humanitar minatəmizləmə və turizm sektorlarında birgə layihələrin həyata keçirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər