Paşinyandan seçicilərə qeyri-adi çağırış:
Ekskluziv
198
18:58, Bu gün

Paşinyandan seçicilərə qeyri-adi çağırış:"Ey insanlar, islanmayın, evə gedin, mən burada danışaram, canlı dinləyərsiz..."

Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra  hakim partiya üzvləri Şirak rayonunun Mastara icmasına baş çəkiblər. Güclü yağış və doluya baxmayaraq, vətəndaşlar Baş naziri dinləmək üçün toplaşıblar. Hökumət başçısı sakinlərdən evlərinə getmələrini və yağışda islanmamalarını xahiş edib və həm də bunu onlara tövsiyə edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.  
 
Erməni Baş nazir seçicilərinə müraciətlə deyib: "Ey insanlar, islanmayın, evinizə gedin, mən burada danışacağam, siz canlı dinləyəcəksiniz. Tibbi sığortanın olduğunu başa düşürük, amma gedin, xəstələnməyin..."
 
Cavab olaraq vətəndaşlardan biri yağışdan qaçmağa ehtiyac olmadığını bildirib: "Yağış da bir nemətdir..."
 
"Bəli, yaxşıdır, nəhayət ki, baharı gördük. Mastaradakı yağış fərqlidir", - Paşinyan belə deyib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər