Trampın “51-ci ştat” postu niyə bu qədər rezonans doğurdu? – Politoloqdan açıqlama
Ekskluziv
340
13:03, Bu gün

Trampın “51-ci ştat” postu niyə bu qədər rezonans doğurdu? – Politoloqdan açıqlama

ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı sosial şəbəkə paylaşımları və açıqlamaları beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Maraqlıdır, Donald Trump-ın Venesuelanı “ABŞ-ın 51-ci ştatı” kimi təqdim edən paylaşımı siyasi ritorika baxımından necə qiymətləndirilə bilər və bu tip açıqlamalar ABŞ daxilində hansı auditoriyaya hesablanan mesaj kimi izah oluna bilər? Bu yanaşmanın Latın Amerikası ölkələri ilə münasibətlərə mümkün təsiri nədən ibarət ola bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. 

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları Venesuela prezidenti Maduronu oğurladıqdan sonra Venesueladakı siyasi rejim faktiki olaraq ABŞ-nin təsir dairəsinə düşüb. Buna baxmayaraq, ABŞ tərəfindən ölkədə formal hakimiyyət dəyişikliyi həyata keçirilməyib:

"Nəticə etibarilə, vitse-prezident Rodriges hazırda Amerikanın bütün tələblərini yerinə yetirən əsas siyasi fiqur kimi çıxış edir. Eyni zamanda Venesuelanın neft hasilatı və neft satış prosesi də ABŞ-nin nəzarəti altında həyata keçirilir. Bu kontekstdə Donald Trampın Venesuelanın “ABŞ-nin 51-ci ştatı” olacağı ilə bağlı kinayəli açıqlaması, əslində, Latın Amerikası ölkələrində narahatlıq doğuran bir siqnal kimi qiymətləndirilə bilər.

Çünki bu ölkələr belə bir presedent formalaşacağı halda, ABŞ-nin xarici siyasətindən narazı qaldığı dövlətlərə qarşı oxşar təzyiq mexanizmlərini tətbiq edə biləcəyini və həmin ölkələrin ABŞ-nin təsir və asılılıq dairəsinə düşə biləcəyini ehtimal edə bilərlər. Bu səbəbdən Latın Amerikası ölkələri arasında ABŞ-nin bu cür təşəbbüslərinə qarşı yönəlmiş siyasi ittifaqın formalaşması ehtimalı da istisna edilmir.

Bununla belə, ABŞ-nin regionda Venesueladan başqa da müəyyən müttəfiqləri mövcuddur. Məsələn, Argentina prezidenti Trampın ən yaxın siyasi tərəfdaşlarından biri kimi xarakterizə olunur və onun bir sıra təşəbbüslərini dəstəklədiyi qeyd edilir. Hətta Argentina prezidentinin ABŞ-nin mövqeyinə uyğun olaraq BRICS qrupundan çıxmaq barədə qərar verdiyi də bildirilib. 

Bununla belə, belə müttəfiqlik nümunələri Latın Amerikası regionunda geniş yayılmayıb. Məsələn, regionun ən böyük ölkəsi olan Braziliya ABŞ-nin həyata keçirdiyi bu siyasətə ehtiyatla yanaşır və müəyyən narazılıq nümayiş etdirir. Bu səbəbdən Braziliyanın alternativ olaraq Rusiya və Çinlə münasibətlərini daha da genişləndirə biləcəyi ehtimal olunur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər