“Niyaməddin Musayev dedi ki, parodiya et, amma başına parik qoyma” - FOTO+ÖZƏL
Ekskluziv
689
09:30, Bu gün

“Niyaməddin Musayev dedi ki, parodiya et, amma başına parik qoyma” - FOTO+ÖZƏL

“Parodiyadan incimək lazım deyil. Mən bəzi sənətçilərə başa salıram ki, sizi ələ salmıram. Mən sizi parodiya edirəm, yamsılayıram, necə deyərlər təqlid edirəm. Yəni ki, bu təqliddir, təhqir deyil. Bacardığım qədər oxşadıram. Bunun nəyi pisdir ki? Xalq sizi sevir, gülür, sizin yaxşı mənada reklamınız gedir. Ən azından unudulmursuz”

Bunu Moderator.az-a açıqlamasında aktyor-parodist Ramil Abdullayev deyib.

O daha sonra xalq artisti Niyaməddin Musayevi parodiya etməsindən danışıb:

“Mən nə edim ki, hara gedirəm Niyaməddin Musayevi parodiya etməyimi istəyirlər. O vaxtı Niyaməddin müəllimi çox adam istəyib parodiya etsin, amma alınmayıb. Mən onu ilk dəfə 1998-ci ildə etmişəm. O vaxtı Niyaməddin müəllimin bir mahnısı var idi, onu məclisdə ifa etdim. Hamı elə bildi ki, Niyaməddin Musayev buradadır. Çünki səsimi eşitdilər, amma üzümü görmədilər. Belə-belə parodiyalarım sevildi. Niyaməddin müəllim əvvəl-əvvəl çox sevmirdi. Bir dəfə efirdə onu parodiya etmişdim. Dedi ki, “yaxşıdır, amma başına parik qoyma, inciyərəm səndən”. Sonra heyvan səslərini parodiya etməyə başladım. İstədim ki, bazam geniş olsun. Öz-özümə düşünürdüm ki, görəsən bacararam?! Gördüm ki, bacarmadığım iş yoxdur” deyə Ramil Abdullayev deyib.

Qeyd edək ki, xalq artisti Niyaməddin Musayev bir müddət əvvəl aktyor Fəqan Məmmədovun onu parodiya etdiyinə görə əsəbləşdiyini bildirmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər