Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusuna (SAXAL) Livandakı quru əməliyyatlarının miqyasını genişləndirmək və daha əvvəl "Hizbullah"ın nəzarətində olmuş ərazilərdə mövqeləri möhkəmləndirmək barədə göstəriş verdiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Biz qorxu səddini aşmışıq. Bütün cəbhələrdə - Suriyada, Qəzzada və Livanda fəaliyyət göstəririk. Yaşayış məntəqələrimizi qorumaq üçün sərhədlərimizdən kənarda təhlükəsizlik zonaları yaratmışıq", - deyə İsrailin baş naziri bildirib.
Netanyahu qeyd edib ki, İsrail hərbçiləri son bir ay ərzində Livanda "Hizbullah"ın 700 silahlı üzvünü zərərsizləşdiriblər. Onun sözlərinə görə, 2026-cı ilin fevral ayının sonunda başlayan "Şirin nəriltisi" əməliyyatından indiyədək bu göstərici 3 min nəfərə çatıb.