Paşinyandan Rusiyaya meydan oxuyan sözlər:
Dünya
253
20:30, Bu gün

Paşinyandan Rusiyaya meydan oxuyan sözlər: "Qiymət artımından qorxmuruq"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya qaz, yanacaq və almaz tədarükü ilə bağlı sazişi dayandıracağı halda qiymət artımından qorxmur.

Moderator.az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, o bunu Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin mümkün nəticələri barədə xəbərdarlığından sonra deyib.

"Ermənistanı yüksək qiymətlərlə qorxutmaq məntiqsizdir. Çünki bizim kifayət qədər çox pulumuz olacaq ki, bu da bizə baha görünməsin", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan "sülhün kəsişmə nöqtəsinə" çevrilir.

"Bu gün bizim hərbi-sənaye kompleksimiz var və biz inkişaf etmiş ölkələrə silah satırıq", - baş nazir əlavə edib.

Rusiya daha əvvəl bəyan etmişdi ki, Ermənistan Avropa İttifaqına inteqrasiya prosesini davam etdirərsə, 2013-cü ildə imzalanmış qaz, neft məhsulları və işlənməmiş təbii almazların tədarükü üzrə əməkdaşlıq sazişini dayandıra və ya ləğv edə bilər. Həmin saziş ixrac rüsumlarının ləğvini nəzərdə tutur.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə gün ərzində Sergey Tsivilevin adından göndərildiyi iddia edilən məktubu almadığını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər