Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb
Dünya
206
18:57, Bu gün

Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb

Ermənistanda bu günə qədər seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 7-dən mayın 19-dək olan dövrdə seçki cinayətləri faktları üzrə 57 cinayət icraatı başlanılıb. Onlardan 22-si üzrə 94 nəfərə qarşı təqib başlanılıb, təqsirləndirilən beş şəxs axtarışa verilib. 49 fiqurant həbsə və ya ev dustaqlığına göndərilib, daha 38 nəfər üçün isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Komitədən qeyd edilib ki, həmçinin araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 200-dən çox şəxsi dindirib və bir sıra ofislərdə axtarışlar aparıblar. Yeddi iş üzrə istintaq artıq yekunlaşıb: "22 təqsirləndirilən şəxs barəsində materiallar sonradan məhkəməyə göndərilməsi üçün nəzarətedici prokurora verilib".

Bundan başqa, Antikorrupsiya Komitəsindən Sünik vilayətinin Gorus icmasında "Güclü Ermənistan" blokunun ərazi üzrə məsul şəxsi tərəfindən seçki rüşvətləri verilməsi işi çərçivəsində axtarışların aparıldığı bildirilib. İstintaqın versiyasına görə, o, partiyanın xeyrinə səs vermək müqabilində seçicilərə pul vəd edib və verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər