Donald Tramp mümkün varisinin adını açıqlamaqdan imtina etdi
Dünya
128
17:35, Bu gün

Donald Tramp mümkün varisinin adını açıqlamaqdan imtina etdi

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkisində qalib gələcəyi təqdirdə "Öncə Amerika" kursunu davam etdirməli olan ehtimal edilən varisi ilə bağlı sualı cavabsız qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "Fortune" nəşri məlumat yayıb.

"Bu vəzifəyə kim gəlirsə gəlsin, o, olduqca mühüm bir şəxs olacaq. Lakin yanlış adamı seçsəniz, bu, fəlakətlə nəticələnəcək", - deyə Cey Di Vens, Marko Rubio və hazırkı dövlət başçısının oğlu kiçik Donald Trampın adlarının yer aldığı varislə bağlı sualını cavablandıran Ağ Ev lideri bildirib.

O, həmçinin səlahiyyət müddəti başa çatdıqdan sonra "Öncə Amerika" siyasətinin məhz hansı formada davam etdirilə biləcəyini bilmədiyini diqqətə çatdırıb. Buna baxmayaraq, o, 2028-ci ildən sonra da ABŞ-nin öz maraqlarını müdafiə edə biləcəyinə inandığını vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər