Bizi sosial şəbəkələrdən izləyin:
"ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək".
Moderator.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Pekinə səfəri çərçivəsində Çin sədri Si Cinpin onu ikinci prezidentliyi dövründə əldə etdiyi uğurlara görə təbrik edib.
Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə Venesuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən "məhv edilməsini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".
Tramp bildirib ki, Tehran son həftələrdə müdafiəsini gücləndirsə də, İran demək olar ki, hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini itirib.
O, ABŞ-nin İranın hərəkətlərindən xəbərdar olduğunu və "bir gözəl gün" bütün bu infrastrukturun 24 saat ərzində məhv edilə biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin mayın 13-də Çinə səfəri başlayıb.