23:55
17°C
Bakı
"Çinin Sədri Si Cinpin İran ətrafındakı vəziyyətlə bağlı razılaşmanın əldə olunmasını arzulayır və münaqişənin tənzimlənməsi prosesinə öz dəstəyini təklif edib".
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibə zamanı məlumat verib.
"Sədr Si müqavilənin bağlanmasını istərdi. O, həqiqətən də bu razılaşmanı görmək niyyətindədir. O, həmçinin yardım etməyi təklif edib və bildirib ki, əgər hər hansı formada köməyim dəyə bilərsə, bunu etməkdən məmnun olaram", - deyə Tramp vurğulayıb.
ABŞ dövlət başçısının sözlərinə görə, Çin lideri Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasını da dəstəkləyir.