Ziyafət zamanı döşəmə çökdü - Kino ulduzları təxliyə olundular
Dünya
114
20:45, Bu gün

Ziyafət zamanı döşəmə çökdü - Kino ulduzları təxliyə olundular

Fransanın cənub-şərqindəki Kann şəhərində lüks "JW Marriott" hotelinin damında "Variety" jurnalı tərəfindən təşkil edilən ziyafət zamanı döşəmə çöküb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Məlumata görə, çökməyə səbəb zalın insanlarla həddindən artıq yüklənməsi olub. Tədbirdə təxminən 250 qonaq iştirak edib. Hotelin damındakı "La Terrasse by Albane" restoranında "güclü partlayış" səsi eşidilib. Hadisə nəticəsində ziyafətdə olan qonaqlar təxliyə olunublar.

Ziyafətdə, "Asılılıq" (Wicker Park" - 2004) filminin ulduzu Dayan Krüger, "Forsaj" film seriyalarında çəkilmiş Cordana Brüster, "Məğlubedilməz" ("Die Hard 2") filminin ikinci hissəsinin rejissoru Renni Harlin, "Sony Pictures Classics"in rəhbərləri Maykl Barker və Tom Bernard, eləcə də "Oskar" mükafatlarının rəhbəri Linett Hauell Teylor da iştirakçılar arasında olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər