Kuper İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib
Dünya
53
21:03, Bu gün

Kuper İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper İranın öz qonşularına və Amerikanın regiondakı maraqlarına təhdid yaratmaq qabiliyyətinin kəskin şəkildə azaldığını bildirib.

Moderator.az "Times of Israel"ə istinadən xəbər verir ki, o, bunu ABŞ Senatının komitəsi qarşısında çıxışı zamanı bildirib.

"İran tərəfindən təhdid səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və artıq regional tərəfdaşlar və ya Birləşmiş Ştatlar üçün əvvəlki qədər təhlükə yaratmır. Onun potensialı xeyli zəifləyib. Bu gün HƏMAS, Hizbullah və husilər İran tərəfindən silah tədarükündən və dəstəkdən tamamilə kəsiliblər", - Kuper deyib.

O həmçinin qeyd edib ki, ABŞ qoşunları İranın pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün yüksək texnologiyalı döyüş sursatlarından istifadəni dayandırıb və İranda PUA-ların cəmi 10 %-i qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər