21:04
18°C
Bakı
Çinin Sədri Si Cinpin Pekinin İrana hərbi texnika verməyəcəyini vəd edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"O bildirdi ki, hərbi texnika vermək niyyətində deyil. Bu, olduqca ciddi bir bəyanatdır", - Ağ Ev lideri Çinin İrana dəstəyi ilə bağlı Si Cinpinlə müzakirə aparıb-aparmaması ilə əlaqədar sualı cavablandırarkən deyib.
Bununla yanaşı, ABŞ lideri vurğulayıb ki, Pekin İran neftini almağı davam etdirmək niyyətindədir.
"Lakin eyni zamanda o qeyd etdi ki, onlar oradan böyük həcmdə neft alırlar və bunu gələcəkdə də davam etdirmək istəyirlər", - deyə Tramp əlavə edib.