Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqladı
Dünya
162
20:50, Bu gün

Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqladı

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyəri artıq 29 milyard dollara yaxınlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərb nazirinin maliyyə məsələləri üzrə müavini vəzifələrini icra edən Culs Herst məlumat verib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən Herst bildirib ki, hazırda real xərclər 29 milyard dollara yaxındır. C.Herstin sözlərinə görə, bu məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin regiondakı şəxsi heyətin saxlanılması ilə bağlı əməliyyat xərcləri də daxildir.

 

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

 

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

 

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

 

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

 

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

 

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

 

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

 

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər