Bakıda daha bir marşrutda avtobuslar yenilənir
Cəmiyyət
130
20:00, Bu gün

Bakıda daha bir marşrutda avtobuslar yenilənir

Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutunda istismar olunan avtobuslar yenilənir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək yeddi ədəd "Isuzu HC45" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

"Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqaməti də dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0.60 AZN müəyyən edilib. Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır", - məlumatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər