ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Dünya
95
18:00, Bu gün

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Minab rayonunun rəhbəri Məhəmməd Radmehr açıqlama verib.

"Ötən gecə Oman körfəzi və Hörmüz boğazı ərazisində ABŞ-nin təcavüzkar addımları nəticəsində Minab rayonu yaxınlığında yerləşən yük gəmisi hədəfə alınıb və orada güclü yanğın başlayıb. Xəsarət alan on dənizçi xəstəxanalara yerləşdirilib. Hazırda müstəntiqlər digər dənizçilərin taleyinə aydınlıq gətirmək üzərində işləyirlər", - deyə Radmehr bildirib.

Rayon rəhbəri hücuma məruz qalan gəmidə ümumilikdə 15 heyət üzvünün olduğunu deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər