Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb
Dünya
172
11:20, Bu gün

Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə CNN və "New York Post" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutunun məzunu olub. O, maşınqayırma sahəsində bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində əlil arabaları üçün təcili tormozlama sisteminin tərtibatçısı kimi hətta yerli xəbərlərə də düşüb.

"LinkedIn" profilinə görə, K.Allen repetitorluqla məşğul olan "C2 Education" şirkətində çalışıb. 2024-cü ilin dekabrında təşkilat hətta onu "ayın müəllimi" seçib. Pedaqogika ilə yanaşı, o, videooyunların hazırlanması ilə də maraqlanıb: 2018-ci ildə "Steam" platformasında hələ də 1.99 dollara satılan fərdi layihəsini buraxıb.

Məlum olub ki, K.Allen demokratlara rəğbət bəsləyir. Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər