ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir
Dünya
262
09:35, Bu gün

ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir

Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir və tezliklə şübhəli şəxsə qarşı ittihamlar irəli sürüləcək.

Moderator.az-ın məlumatına görə, bu barədə ABŞ-nin ədliyyə naziri səlahiyyətlərini icra edən – baş prokuror Todd Blanş bildirib.

"Bu istintaq davam edir. İttihamların tezliklə irəli sürüləcəyini gözləyirəm. Hərəkətlərin xarakteri nəzərə alınmaqla ittihamlar aydın olmalıdır, lakin atışma, odlu silah saxlama və digər hər şeylə bağlı bir çox ittihamlar olacaq", - o qeyd edib.

O əlavə edib ki, istintaq ilkin mərhələdədir və yeni başlayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər