Keçmiş nazirdən xəbərdarlıq:
Dünya
372
18:37, Bu gün

Keçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO

"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi İran nümayəndə heyətinin Pakistan paytaxtına yolunu kəsən daha mühüm səbəb ABŞ ilə danışıqlar məsələsində ölkə daxilindəki kəskin ixtilaflar və ciddi fikir ayrılıqları olub. Təsadüfi deyil ki, srağagün birtərəfli qaydada Tehranla atəşkəsi uzatmaq qərarına gələn ABŞ Prezidenti Donald Tramp bununla bağlı bəyanatında İran hakimiyyətinin ciddi parçalanmaya məruz qaldığını və bunun heç də gözlənilməz olmadığını vurğulayıb. Həmin parçalanmanın ən bariz təzahürü aprelin 11-12-də keçirilmiş danışıqlardan az sonra İran nümayəndə heyətinin, xüsusən ona rəhbərlik edən Qalibafın SEPAH-ın sərt etirazı ilə üzləşməsi və radikal siyasi qüvvələrin, ilk növbədə Səid Cəlili tərəfdarlarının kəskin tənqidinə tuş gəlməsi olub. Bu tənqid xüsusən aprelin 17-də xarici işlər naziri Abbas Əraqçının Hörmüz boğazının ticarət gəmiləri üçün tam açıldığını elan etməsindən və Donald Trampın buna görə İrana təşəkkürünü bildirməsindən sonra geniş xarakter alıb", - videosüjetdə deyilir.

İranın keçmiş mədəniyyət naziri Ətəüllah Mühacirani isə ciddi təhlükə barədə xəbərdarlıq edib və Pezeşkian, Qalibaf və Əraqçının öldürülə biləcəklərini yazıb. Bir sözlə, SEPAH və supermühafizəkar siyasi qüvvələr daha əvvəl Prezident Məsud Pezeşkiana qarşı sınaqdan keçirdikləri indi Qalibafa və Əraqçıya tətbiq edirlər. Bu şəxslərin hansısa şəkildə siyasi səhnədən uzaqlaşdırılması və ya keçmiş nazirin iddia etdiyi kimi, onların fiziki məhvi ABŞ və İsrailin arzuladığı rejim dəyişikliyinin, SEPAH-ın hakimiyyəti tam ələ keçirməsi şəklində gerçəkləşməsi və ruhanilərin hakimiyyətdəki rolunun simvolik xarakter kəsb etməsi ilə nəticələnə bilər.

Daha ətraflı videosüjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər