Bizi sosial şəbəkələrdən izləyin:
“Suverenliyin Rusiyaya güzəştə getməsinin tərəfdarı olan siyasi qüvvələr yenidən “soyqırım” təhlükəsi yaradırlar...”
Erməni Şurasının eksperti Robert Gevondyan Baş nazir Nikol Paşinyanın “erməni soyqırımı”nın həm də erməni xalqını beynəlxalq oyunçuların bir-biri ilə mübarizə aparmaq üçün vasitəyə çevrildiyi barədəki mülahizəsi ilə razıdır. Eyni zamanda, Gevondyan əmindir ki, Ermənistanın müstəqil dövləti mövcud olduğu müddətcə “soyqırım” kimi hadisələr bir daha baş verə bilməz.
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb.
Ekspertin fikrincə, suverenliyin Rusiyaya güzəştə getməsinin tərəfdarı olan siyasi qüvvələr yenidən “soyqırım” təhlükəsi yaradırlar.
Gevondyan deyir ki, "29.743 son 1000 ildə Ermənistan dağlıq ərazilərindəki ən böyük dövlətimizdir".
Həmsöhbət ərazi iddiaçısı olmaq məsələsinə toxunaraq qeyd edir: "Əgər Türkiyə bir gün desə ki, "Mən “Qərbi Ermənistan”ın bir hissəsini verirəm", biz nə edəcəyik?"
O, həmçinin sərhəd açıldıqdan sonra "Türkiyə bizi yeyəcək" iddialarını da başa düşmür: "Bu gün Türkiyədə yüz minlərlə erməni yaşayır və işləyir..."
S.Laçın