Ekskluziv
342
09:29, Bu gün

"Türkiyə bayrağını yandırmaq yalançı vətənpərvərliyin təzahürüdür..."-Erməni deputat

Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi" fraksiyasının deputatı Anuş Kloyan sosial media səhifəsində "Daşnaksütyun" üzvlərinin dünən gecə qondarma "soyqırımı"nın növbəti ildönümü ilə bağlı Türkiyə bayrağını yandırmasıyla bağlı son addımına kəskin münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
"Hörmətli vətəndaşlar!
 
Bu gün biz illərdir təkrarlanan eyni səhnələşdirilmiş davranışın - Türkiyə bayrağının yandırılmasının şahidi olduq. Lakin sual yaranır: yalançı özünütəsdiq və səthi psixoloji "məmnuniyyət"dən başqa bütün bunlar hansı nəticəni verdi?
 
İllərdir edilən eyni hərəkətlər nəyi dəyişdi, hansı nailiyyətləri qeydə aldıq, dövlətimiz hansı real faydanı əldə etdi? Təəssüf ki, cavab göz qabağındadır: heç nə.
 
Bayrağı yandırmaq, onun düşmənə zərər verdiyi, bu şəkildə "cəzalandırıla" və ya "məğlub edilə" biləcəyi illüziyasını yaradır. Lakin, əslində, bu, mübarizə deyil, gücsüzlüyün və zəifliyin ifadəsidir. Bu, real, effektiv dövlət düşüncəsi ilə heç bir əlaqəsi olmayan yalançı vətənpərvərliyin təzahürüdür.
 
"Cənablar, bu təcrübəni yenidən nəzərdən keçirməyin vaxtıdır. Bu, köhnəlib və dövlətimizin uzunmüddətli maraqlarına xidmət etmir", - deyə erməni deputat yazıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər