Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib
Siyasət
149
19:20, Bu gün

Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib

Çexiyanın Azərbaycandakı səfirliyi ölkənin Baş naziri Andrey Babişin Azərbaycana səfərinin tarixlərini rəsmən elan edib.

Moderator.az diplomatik nümayəndəliyə istinadən xəbər verir ki, siyasətçi aprelin 26-28-də Azərbaycanda üçgünlük səfərdə olacaq.

Qeyd edək ki, Andrey Babişin Azərbaycana qarşıdakı səfəri barədə ilin əvvəlində məlum olmuşdu.

"Report" mənbələrə istinadən xəbər vermişdi ki, səfər regional xarakter daşıyır – Çexiya hökumətinin başçısı həmçinin Qazaxıstan və Özbəkistana da səfər edəcək.

Bu səfər zamanı Nazirlər Kabinetinin rəhbərini Baş nazirin birinci müavini və Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek, eləcə də çexiyalı sahibkarlardan ibarət geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək.

Səfər proqramı B2B və B2G formatlarında biznes-forumların, tematik seminarların və netvörkinq tədbirlərinin keçirilməsini nəzərdə tutur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və qəbul edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsinə dəstək olmaqdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər