Nikol Paşinyan bildirib ki, İrəvan və Vaşinqton Tramp marşrutu (TRIPP) layihəsini qısa müddətdə həyata keçirmək istəyirlər.
Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı qeyd edib ki, İrəvan Vaşinqtondan layihəyə ən yüksək səviyyədə marağın qorunması barədə təminat alıb.
"Son vaxtlar icra tempi daha da sürətlənib. Bir neçə gün əvvəl marşrut çərçivəsində elektrik ötürücü xətlərinin tikintisi məsələsi planlaşdırılmış müddətdən əvvəl müzakirə olunub. Layihənin tempinin sürətləndirilməsində Bakı da maraqlıdır", - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, bir ay əvvəl Nikol Paşinyan İran ətrafındakı hadisələrin TRIPP layihəsinin reallaşdırılma müddətini təxirə sala biləcəyini bildirmişdi. Bu gün isə o, müəyyən narahatlıqların həqiqətən mövcud olduğunu qeyd edib. Lakin yaxın vaxtlarda layihəyə cəlb olunma səviyyəsinin yalnız artacağı vurğulanıb.