Vahid Mustafayevdən uşaqpulu ilə bağlı yeni təklif: 3 uşağa 60%...
Cəmiyyət
183
16:15, Bu gün

Vahid Mustafayevdən uşaqpulu ilə bağlı yeni təklif: 3 uşağa 60%...

Son vaxtlar cəmiyyətdə “uşaqpulu” mövzusu ətafında müzakirələr qızışıb. Bir qisim uşaqpulunun verilməsini, digər qisim verilməməsini əsaslandırmağa çalışır. Müzakirələrdə sıravi vətəndaşlarla yanaşı, deputatlar, iqtisadçı ekspertlər, jurnalistlər, ziyalılar fəal iştirak edirlər.

Moderator.az xəbər verir ki, tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bu mövzudan çıxış yollarından biri kimi maraqlı təklif irəli sürüb.

Onun sözlərinə görə, uçaqpulunun əvəzinə Azərbaycanda ailələrlə bağlı vergi güzəşti modeli tətbiq oluna bilər.

Vahid Mustafayev uşaqlı ailələrin maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilməsi tiklifini irəli sürüb.

O, gəlir vergisindən azad edilmənin aşağıdakı modelini təklif edib:

- 1 uşağa görə 25%;
- 2 uşağa görə 40%;
- 3 uşağa görə 60%;
- 4 və daha çox uşağa görə daha böyük güzəştlər.

“Beləliklə - vətəndaş real dəstək alır, insanlar maaşlarını gizlətməyə maraqlı olmur, dövlət böyük xərc çəkmir, kölgə iqtisadiyyatı azalır, rəsmi əmək bazarı böyüyür. Bu artıq sosial yardımla yanaşı, iqtisadiyyatın leqallaşdırılması modeli kimi də qəbul oluna bilər”, - deyə V.Mustafayev bildirib. (modern.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər