“Paşinyan qalib gələrsə, Rusiya 200 illik təsirini itirə bilər
Ekskluziv
474
14:32, Bu gün

“Paşinyan qalib gələrsə, Rusiya 200 illik təsirini itirə bilər" — Politoloq

Rusiya və Ermənistan arasında son aylarda müşahidə olunan siyasi gərginlik yeni diplomatik addımlarla daha da kəskin xarakter alıb. Regionda dəyişən geosiyasi balans, tərəflər arasında etimad mühitinin zəifləməsi və qarşılıqlı siyasi mesajlar münasibətlərin gələcək istiqamətinə dair ciddi suallar doğurur. Xüsusilə seçki dövrü ərəfəsində baş verən proseslər, daxili siyasi dinamika ilə xarici təsir faktorlarının nə qədər sıx bağlı olduğunu bir daha gündəmə gətirir.

Maraqlıdır, Rusiyanın Ermənistandakı səfirini təcili şəkildə Moskvaya çağırması iki ölkə münasibətlərində yeni və daha gərgin mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? Bu addım Moskva ilə İrəvan arasında diplomatik böhranın dərinləşdiyini göstərirsə, yaranmış vəziyyət Cənubi Qafqazda geosiyasi qüvvələr balansına, regional təhlükəsizlik mühitinə və əsas siyasi aktorların mövqelərinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Məhəmməd Əsədullazadə açıqlama verib. 

Politoloq qeyd edib ki, Rusiya Ermənistandan səfirini geri çağırmasi iki ölkə arasında siyasi münasibətlər sisteminin böhrana yuvarlanmasıdır:

"Avrasiya İttifaqının Ali Şurasının Ermənistanla bağlı birgə qərarı və V. Putinin açıqlamalari seçkilərə təsir etmək planın tərkib hissəsidir. Bununla seçicilərə "əgər N. Paşinyana səs versəniz, sizin Rusiya ilə bağlarınızı keçəcəyik" -mesajını verir. Ermənistanın əsas ticarət tərəfdaşı və bu ölkədən kənd təsərrüfatı məhsulları məhz satışı Rusiyanın bazarında həyata keçirilir.Moskva Ermənistan hakimiyyətinə qarşı bütün təzyiqləri işə salıb. Paşinyan bu təzyiqlərə qarşı duruş gətirir və Kremldə Putinə "demokratiya" dərsi keçməsinə qədər gedib çıxmışdı.

Rusiya rəhbərliyi bilir ki Paşinyan növbəti qələbəsindən sonra, Azərbaycanla "Yekun sülh" müqaviləsi bağlayacaq. Türkiyə ilə sərhədlər açılacaq. Rusiyanın Cənubi Qafqazda 200 il ərzində formalaşdırdığı status-kvo tam söküləcək. Bu da Rusiya rəhbərliyində həyəcanla qarşılanır. Seçkilərdə Ermənistan əhalisi Paşinyana səs verməsi gözlənilir. Çünki, xalqda bilir ki, Rusiyanın növbəti gəlişi müharibə deməkdir".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər