“Kəpəz” baş məşqçisi ilə vidalaşdı
İdman
121
16:56, Bu gün

“Kəpəz” baş məşqçisi ilə vidalaşdı

"Kəpəz"lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məşqçi ilə razılıq əldə olunmayıb: "Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik". 

Azər Bağırov ötən ilin oktyabr ayından "Kəpəz"i çalışdırırdı. Onun gəlişindən sonra komanda Premyer Liqada qalmağı bacarıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər