18:42
21°C
Bakı
Mayın 26-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.
Bakıda hava şəraiti kəskin dəyişib, paytaxtın bəzi ərazilərinə güclü dolu yağıb.
Moderator.az xəbər verir ki, hazırda şəhərdə qeyri-sabit hava şəraiti müşahidə olunur.
Yağışlı hava davam edir.