Makron Prezident İlham Əliyevi təbrik edib
Siyasət
142
18:20, Bu gün

Makron Prezident İlham Əliyevi təbrik edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Moderator.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident, əziz İlham.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Ötən il oktyabrın 2-də Kopenhagendə görüşümüzdən və bu il mayın 21-də son telefon danışığımızdan sonra, - istər regional məsələlər üzrə dialoqumuz, istərsə də iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığımız olsun, - bütün sahələrdə ikitərəfli münasibətlərimizin tam potensialından istifadə etmək üçün onları normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətimi bir daha bildirmək istərdim.

Bu baxımdan, bu il 10 illiyini qeyd edən Fransız-Azərbaycan Universiteti ilə bağlı əməkdaşlığımızın nümunəvi xarakterini xüsusi vurğulamaq istəyirəm.

Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik.

Həmçinin fürsətdən istifadə edərək, regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər