19:23
21°C
Bakı
Emmanuel Makron Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsinə dəstəyini bir daha bəyan edib.
Moderator.az-ın məlumatına görə, bunu Emmanuel Makron Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bəyan edib.
"Regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim", - o bildirib.