Sabah bir sıra bölgələrdə qaz təchizatında fasilələr olacaq
Cəmiyyət
187
16:02, Bu gün

Sabah bir sıra bölgələrdə qaz təchizatında fasilələr olacaq

Sabah saat 10:00-dan etibarən Hacıqabul rayonu Atbulaq kəndinin, həmçinin Sabirabad şəhərinin bəzi küçə və prospektinin, Suqovuşan kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri ilə əlaqədardır.
 
Həmçinin, sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun Böyük Pirəlli, Kiçik Pirəlli, Soltannuxa və Zarağan kəndləri ərazisində qaz təchizatı dayandırılacaq.
 
Bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, qaz təchizatının dayandırılması müxtəlif diametrli qaz xətlərinin kipliyinin yoxlanılması ilə əlaqədardır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər