17:51
21°C
Bakı
İndoneziyanın paytaxtı Cakartada hantavirusa üç yoluxma halı aşkar edilib, daha altı nəfər müşahidə altındadır.
Moderator.az xəbər verir ki, bu barədə yerli səhiyyə qurumları rəsmi məlumat yayıblar.
"Cakartada hantavirusa yoluxma halları ilə bağlı yenilənmiş məlumata gəlincə, bizdə üç təsdiqlənmiş hal var. Biz, həmçinin xəstəliyə yoluxma şübhəsi olan altı nəfər üzərində müşahidəni davam etdiririk", - deyə məlumatda bildirilib.
Ehtiyat tədbiri olaraq Cakarta Səhiyyə İdarəsi şəhərin bütün tibb müəssisələrinə xəbərdarlıq göndərib. Bundan əlavə, bir neçə regional çoxprofilli xəstəxanaya cəmiyyətdə hantavirus infeksiyası hallarının yaranma ehtimalının erkən aşkarlanması üçün monitorinqi gücləndirmək tapşırığı verilib.