WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər - VİDEO
Bizi sosial şəbəkələrdən izləyin:
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simvolik fləşmob WUF13 könüllülərinin iştirakı ilə tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilib.
Moderator.az xəbər verir ki, 600-dən çox könüllünün iştirakı ilə keçirilən fləşmob zamanı " Heydər Əliyev 103" yazısı formalaşdırılıb.
Bu təşəbbüs müasir Azərbaycanın memarı, ölkəmizin inkişafına, şəhərsalma kimliyinə və müasir memarlıq tərəqqisinə mühüm töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ehtiramın ifadəsidir.