Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq - VİDEO
Cəmiyyət
134
17:35, Bu gün

Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq - VİDEO

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra layihələrin icrası həyata keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur.

Həmçinin qeyd edilib ki, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır.

Nəticədə növbəti illərdə dayanacaqların sayı 22-yə, 2030-cu ilədək isə ümumilikdə 40-a çatdırılacaq.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər