Bu il Bakıda 8 552 cinayət hadisəsi qeydə alınıb
1475
15 Jul 2023 | 15:40

Bu il Bakıda 8 552 cinayət hadisəsi qeydə alınıb

Bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 552 cinayət hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.
 
Qeyd olunub ki, onların 88,5 %-nin açılması təmin olunub.
 
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər