22:19
10°C
Bakı
Donald Tramp xüsusi nümayəndəsi Stiv Uittkoff və sahibkar Cared Kuşnerin Pakistana planlaşdırılan səfərini ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının jurnalistinə açıqlamasında bildirib.
Donald Trampın sözlərinə görə, ABŞ nümayəndələrinin uzun uçuş edərək nəticəsiz danışıqlar aparmasına ehtiyac yoxdur. O qeyd edib ki, bütün kartlar Vaşinqtonun əlindədir və İran istədiyi vaxt ABŞ ilə əlaqə saxlaya bilər.
ABŞ lideri əlavə edib ki, nümayəndələr artıq "boş danışıqlar" üçün 18 saatlıq uçuşlar etməyəcəklər.