22:50
10°C
Bakı
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Moderator.az xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Tura aprelin 27-də yekun vurulacaq.