Dağıstanda daşqından zərər çəkmiş insanlar üçün 1 milyarda yaxın pul yığıldı...-İBRƏTAMİZ
Ekskluziv
255
07:44, Bu gün

Dağıstanda daşqından zərər çəkmiş insanlar üçün 1 milyarda yaxın pul yığıldı...-İBRƏTAMİZ

"İndiyədək 5,5 min ailəyə dövlət tərəfindən təzminat ödənilib..."
 
Ruslar Dağıstanda daşqın qurbanlarına kömək üçün təxminən bir milyard rubl ianə ediblər.
 
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, "Tovba"("Tövbə") xeyriyyə platformasının mətbuat xidmətindən "Vedomosti"-yə çatdırılan məlumata görə, regional "Nadejda" fondu vasitəsilə qayğıkeş şəxslər tərəfindən 900 milyon rubldan çox ianə edilib.
 
Yardım kampaniyasında 400 mindən çox insan iştirak edib. Toplanan vəsait zəruri əşyaların alınmasına və qurbanların müvəqqəti yerləşdirilməsi üçün istifadə olunacaq. Müsəlman "Zəkat" fondu dağıstanlılara kömək etmək üçün əlavə 14,5 milyon rubl toplayıb.
 
9 apreldə Dağıstanda 28 mart və 5 apreldə baş verən iki daşqın dalğası səbəbindən fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət 42 yaşayış məntəqəsinə ziyan vurub. 11 mindən çox evə zərər dəyib, onlardan bəziləri tamamilə dağılıb. 6200-dən çox insan yaralanıb, onlardan altısı ölüb. Daşqınlardan dəyən ziyanın məbləği 4 milyard rubl olaraq qiymətləndirilir.
 
Qeyd edək ki, Rusiyada Dağıstandakı daşqınlardan ziyan çəkmiş insanlara yardım məqsədilə həm rəsmi, həm qeyri-rəsmi səviyyədə müxtəlif kampaniyalar təşkil edilir. RF prezidenti V.Putin fəlakətdən dərhal sonra iclas keçirərək dövlət komissiyası yaradıb və evlərinin qanuni sənədləri olub-olmamasından asılı olmayaraq hər bir zərərçəkmiş ailəyə yardım edilməsi barədə göstəriş verib. İndiyədək 5,5 min ailəyə dövlət tərəfindən təzminat ödənilib. Bu günlərdə Dağıstan iki futbol komandası arasında xeyriyyə matçı keçirilib və zərərçəkənlər üçün 4 milyon rubldan çox pul toplanıb. Rəsmi ödənişlər və xeyriyyə kampaniyaları davam etdirilir...
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər