Pəncəli Teymurovun babasının Lənkəranda Rusiya işğalçılarıyla döyüşdüyü üzə çıxdı...
Araşdırma
Oxunub: 2910
24 Mar 2022 | 12:31
Pəncəli Teymurovun babasının Lənkəranda Rusiya işğalçılarıyla döyüşdüyü üzə çıxdı...
Əfsanəvi xüsusi təyinatlı Azərbaycan döyüşçüsü, Aprel şəhidinin bu gün  - 24 aprel doğum günüdür... 
 
Bu materialı guya bir qrup Lənkəran sakininin Ukraynanın işğalı zamanı ölmüş Rusiya hərbçilərinin xatirəsinə görə səfirliyə əklil təqdim etməsi haqda təxribatçı informasiya yayan şimal qonşumuzun Azərbaycandakı səfirinin mütləq oxuması məsləhətdir...
 
Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Muğan sovet respublikası: tarixi və mahiyyəti...” adlı araşdırma yazısının “Talışlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə” başlıqlı III hissəsini təqdim edir: 
 
“Beləliklə, 1919-cu ilin iyununda bolşeviklərdən ibarət hərbi birləşmələrin əsgərləri Astaranın ən nüfuzlu və vətənpərvər şəxslərindən birinin – Hüseyn Ramazanovun evinə basqın edib onun iki oğlunu heç bir səbəb olmadan qətlə yetirdilər. Bu qəhrəman insanı bolşeviklər qəzəblə quldur Çer Hüseyn adlandırırdılar. Bir neçə gün sonra Hüseyn Ramazanov və onun günahsız yerə öldürülmüş oğlunun nişanlısının atası Hüseyn Əlixan cavab zərbəsi endirdilər. Əvvəlcə Astara meşələrində qırmızıların iri hərbi dəstəsi darmadağın edildi. Rus əsgərlərindən heç biri bu qırğından salamat çıxa bilmədi. Sonra isə mücahidlər birbaşa hücumla Astara şəhərini ələ keçirib oradakı silahlı bolşevikləri məhv etdilər. 
 
İyunun 11-də Lənkərandan göndərilmiş rus qoşunu özünün canlı qüvvə, texnika (zirehli maşınlar) və silah-sursat (toplar, pulemyotlar, əl qumbaraları) sarıdan üstünlüyündən istifadə edib Astaranı geri qaytarmağa çalışdı. Şiddətli mübarizədən sonra bolşeviklər azərbaycanlıları sıxışdırıb şəhərin bir hissəsinə daxil oldular. Onların gözləri qarşısında dəhşətli bir mənzərə açıldı: Astaranın küçələri mücahidlərin əlbəyaxa döyüş zamanı qılınc və xəncərlə doğradıqları sovet hərbçilərinin meyitləri ilə dolmuş, hər yer qana bələnmişdi. 
 
Bolşeviklər bəzi mövqeləri ələ keçirsələr də, şəhərdə möhkəmlənə bilmədilər. Xəlil bəyin və Lerikin Zuvand zonasının Lüləkəran kəndindən olan Dağ Qartalı ləqəbli Şahverən Əsgəroğlunun dəstələri Hüseyn Ramazanovun köməyinə gəldilər. Şahverənin dəstəsində 500–600 döyüşçü, bir neçə pulemyot və iki yüngül dağ topu var idi. Astara şəhəri, Pensər və Kakalos kəndləri ətrafında qanlı döyüşlər üç gün davam etdi. İyunun 14-də düşmən astaralıların və leriklilərin təzyiqi qarşısında tab gətirə bilməyib Lənkərana çəkildi. 
 
Ehtimalımıza görə, Astaranı azad etmiş komandirlərdən biri – Xəlil bəy çar ordusunun general-mayoru Xəlil bəy Talışxanov (Talışinski) idi. O, 1859-cu ildə Tiflisdə anadan olmuş, I Dünya müharibəsində (1914–1918) iştirak etmiş və həmin dövrdə general-mayor rütbəsinə yüksəlmişdi. Onun atası Mir Əli xan Talışxanov Mir Mustafa xanın nəvəsi və ya nəticəsi idi. Mir Mustafa xan isə ata və ya ana xəttilə Səfəvilər nəslindən olmuşdur. X.Talışxanov 1917-ci ildə Azərbaycana qayıtmış və Müsəlman Korpusunun 1-ci diviziyasının komandiri təyin edilmişdi. O, diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədilə 1918-ci il fevralın 24-də Bakıya gəlmişdi. Bolşeviklər X.Talışxanovu və qərargah zabitlərini elə vağzadaca həbs etmişdilər. Lakin bu əməl şəhərin müsəlman əhalisində böyük narazılıq doğurduğu üçün onları azadlığa buraxmağa məcbur olmuşdular. 
 
X.Talışxanov və qərargah zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başlamışdılar. Xəlil bəyin yaratdığı alay mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə inadlı müqavimət göstərmişdi. Məhz X.Talışxanovun, onun əsgər və zabitlərinin fədakarlığı sayəsində dinc əhalinin bir hissəsi şəhərdən çıxıb xilas ola bilmişdi. Generalın sonrakı taleyi barəsində təəssüf ki, məlumatımız yoxdur. Amma görünür, Xəlil bəy Talışxanov dövlətinə və xalqına xidmətini davam etdirmiş, 1919-cu ilin iyun-avqust aylarında yerli əhalinin bolşeviklərə və ağqvardiyaçılara qarşı apardığı hərbi əməliyyatları planlaşdırmaq və koordinasiya etmək üçün Azərbaycan hökumətinin Lənkəran-Astara bölgəsinə göndərdiyi hərbi təlimatçılardan biri olmuşdur.
1919-cu il iyulun 17-də Hüseyn Ramazanovun, Şahverən Əsgəroğlunun, Hüseyn Əlixanın, Hacı Osmanın, Nəcəfqulu xanın, keçmiş Osmanlı hərbçisi Yusif Camal bəyin və digərlərinin rəhbərliyi altında Azərbaycan qüvvələri irəliləyib Lənkəranı mühasirəyə aldılar. Şəhərin azad edilməsi uğrunda döyüşlər başlandı. İşğalçılar ağır itkilər verir, mövqelərini itirirdilər.
 
Astara ətrafında döyüşmüş, Lənkəranı mühasirəyə almış mücahid dəstələrindən birinə Məmmədağa bəy Xankişiyev rəhbərlik edirdi. Məmmədağa bəy və onun döyüşçüləri Astaranın Asxanakəran kəndindən idilər. Bu dəstənin ən igid döyüşçülərindən sayılan Teymur Mahmud oğlu Şirzadov həm meşə, həm də şəhər döyüşlərində fərqlənmiş, sərrast atəşlə xeyli bolşevik əsgərini məhv etmişdi. 
 
Teymur Şirzadovun nəvəsi – Astara ziyalısı, qocaman müəllim Şirməmməd Hənifə oğlu Fərəcovun atasından eşitdikləri: 
 
“Astara meşələrində əvvəl ağqvardiyaçılarla, sonra isə bolşeviklərlə qanlı döyüşlər başlandı. Ağqvardiyaçılar da, bolşeviklər də Astaranın müsəlman kəndlərinə basqınlar edir, qabaqlarına çıxan insanları cinsinə və yaşına məhəl qoymadan amansızlıqla qətlə yetirirdilər. Bu, əsl soyqırımı idi. Yerli əhali uşaqları və qadınları müdafiə etmək üçün təşkilatlanmağa məcbur oldu. O cümlədən, bizim Asxanakəran kəndinin hörmətli şəxslərindən biri – Məmmədağa bəy Xankişiyev kəndin qoçaq adamlarını ətrafına toplayıb düşmənlə silahlı mübarizə aparırdı. Bir gün babam Teymur evə gəlir. Anası onun sevincək olduğunu görüb səbəbini soruşur. Babam əlindəki beşaçılanı göstərib cavab verir ki, çoxdan həsrətini çəkdiyim bu silahı aldığıma görə belə sevinirəm. Sən demə, Məmmədağa bəy onun dəstəsinə qoşulub vuruşa atılmaq arzusunda olan 15 kənd cavanı qarşısında belə bir şərt qoyubmuş: Kim bu tüfəngdən üç dəfə atəş açıb üçündə də hədəfə vura bilsə, silahı ona verib mücahidlərin sırasına daxil edəcəyəm. Gənc Teymurun əlləri bir dəfə də olsun titrəmir. Bəy də verdiyi sözün üstündə duraraq onu öz dəstəsinə götürür. İgid Teymur Şirzadov qardaşları və dostları ilə birlikdə şərəfli döyüş yolu keçir”.
 
Məlumat üçün qeyd edək ki, Teymur Şirzadov Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi kəşfiyyatçısı, 2016-cı ilin aprel döyüşlərində misilsiz şücaət göstərərək çoxlu sayda erməni işğalçısını şəxsən məhv edib Talış yüksəkliyi uğrunda döyüşlərdə şəhadətə yetmiş Pəncəli Nurməhəmməd oğlu Teymurovun ata babasıdır. Həqiqətən də ot kökü üstə bitər, mərddən mərd törəyər. Teymur Şirzadov yağı düşmənlə mübarizə aparmaq imkanı qazandığına, döyüşə gedəcəyinə görə sevinmişdi. Onun nəticəsi Pəncəli Teymurov isə öz toyunda özünə bunları arzulamışdı: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm: Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.  
 
(Ardı var...)
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
P.S. Bu materialı guya bir qrup Lənkəran sakininin Ukraynanın işğalı zamanı ölmüş Rusiya hərbçilərinin xatirəsinə görə səfirliyə əklil təqdim etməsi haqda təxribatçı informasiya yayan şimal qonşumuzun Azərbaycandakı səfirinin oxuması məsləhətdir...
 
Oxşar xəbərlər
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib